Tramp Qrenlandiyanı almaq üçün bu qədər ödəyəcək

16:56 - 09 Yanvar 2026

Tramp Qrenlandiyanı almaq üçün bu qədər ödəyəcək

ABŞ Prezidenti Donald Trampın strateji əhəmiyyətə malik Qrenlandiyanı ABŞ-a qatmaq üçün Qrenlandiya sakinlərinə adambaşına 100 min dollar ödəməyi nəzərdən keçirdiyi iddia edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu plan həyata keçsə, ABŞ-ın xəzinəsindən təxminən 5,7 milyard dollar çıxması lazım olacaq. Lakin Danimarka və Qrenlandiya hakimiyyətləri adanın satılmasının mümkün olmadığını və belə bir təşəbbüsün NATO üçün ciddi nəticələr doğura biləcəyini bildiriblər.

Trampın bu addımı Qrenlandiyanı satın almaq və ya nəzarət altına almaq planlarının bir hissəsi kimi qiymətləndirilir. ABŞ Prezidenti daha əvvəl etdiyi açıqlamalarda lazım gəlsə, hərbi güc istifadə etməyi belə düşündüyünü bildirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az