Əraqçi “Hizbullah” lideri ilə görüşdü

19:45 - 09 Yanvar 2026

Əraqçi “Hizbullah” lideri ilə görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi Livanda “Hizbullah”ın baş katibi Şeyx Naim Qasım ilə görüşüb.


Manset.az xəbər verir ki, görüş zamanı Əraqçi İranın Livanla iqtisadi və siyasi əlaqələri gücləndirmək niyyətində olduğunu bəyan edib.

O, ABŞ sanksiyalarına baxmayaraq, Tehranın nüvə enerjisi və müdafiə qabiliyyətini inkişaf etdirmək hüququndan geri çəkilməyəcəyini qeyd edib.

Xatırladaq ki, səfər çərçivəsində Əraqçinin Livan prezidenti Cozef Aun və digər rəsmi şəxslərlə də görüşləri planlaşdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az