Yaponiyada güclü zəlzələ oldu 

10:10 - 11 Yanvar 2026

Yaponiyada güclü zəlzələ oldu 

Yaponiyanın şimal-şərq bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar İvate prefekturasına yaxın ərazidə hiss olunub.


Manset.az yerli mediaya istinadən xəbər verir ki, Yaponiya Milli Meteorologiya İdarəsi zəlzələnin ocağının təxminən 60 kilometr dərinlikdə yerləşdiyini açıqlayıb. Hadisə nəticəsində hər hansı insan tələfatı və ya maddi ziyan barədə məlumat daxil olmayıb.

Zəlzələdən dərhal sonra mümkün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, aparılan qiymətləndirmələrdən sonra bir neçə dəqiqə ərzində bu xəbərdarlıq geri götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az