Bursada ər mübahisə etdiyi həyat yoldaşını bıçaqlayıb, daha sonra qaldığı mənzili yandırıb.
Manşet.az xəbər verir ki, dəhşətli hadisə gecə saatlarında İldırım rayonu Hacıseyfəddin məhəlləsində 5 mərtəbəli binanın zirzəmisində baş verib.
Psixoloji problemləri olduğu deyilən Suriya vətəndaşı Məhəmməd R. həyat yoldaşı Hibətullah əl-Məhəmməd ən-Nasirlə mübahisə etməyə başlayıb. Aralarında mübahisə böyüdükcə Məhəmməd R. mətbəxdən götürdüyü bıçaqla arvadını bədənini müxtəlif yerlərindən bıçaqlayaraq öldürüb.
Bu vaxt qonşuların hadisə yerinə çağırdığı təcili tibbi yardım həkimlərini görən Məhəmməd R. mənzilinə od vurub. Evi yandırdıqdan sonra əlindəki bıçaqla binanın qapısına gedib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürərkən, həkimlərin içəri girməsinə mane olan kişini polis əməkdaşları zərərsizləşdirib. Mənzilə girən tibb işçiləri qadının öldüyünü müəyyən ediblər.
Cütlüyün 6 övladının olduğu öyrənilib.
Hadisənin səbəbləri araşdırılır.
ölkə.az