Devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin ən böyük oğlu olan sürgündəki Rza Pəhləvi İrandakı etirazlarla bağlı yeni bir açıqlama yayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pəhləvi "İranın azadlığı yaxındır. Tək deyilik. Beynəlxalq dəstək yaxın zamanda gələcək" - deyib.
Etirazların mövcud İran rejiminin əsaslarını sarsıtdığını bildirən Pəhləvi "İndi əvvəlki günlərin çağrılarına verdiyiniz milyonlarla cavabın gücü ilə sizdən aldığım qanuniliyə və qəbulə əsaslanaraq, İran İslam Respublikasını devirmək və əziz İranı geri qaytarmaq məqsədini güdən milli üsyanın növbəti mərhələsini elan edirəm" - ifadələrini istifadə edib.