İsrail İranın dövlət bankını “terror təşkilatı” elan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats İranın dövlət bankı olan Bank Mellini Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qruplaşmaları maliyyələşdirməkdə ittiham edərək “terror təşkilatı” kimi tanıyan sərəncam imzalayıb.
Bildirilib ki, İsrail tərəfi Bank Melli-ni İran İslam İnqilabı Keşikçiləri Korpusu, “Qüds” Qüvvələri, eləcə də Yaxın Şərqdə İranın himayə etdiyi müxtəlif qurumlara maliyyə vəsaiti ayırmaqda günahlandırır. Bankın İsrailə qarşı həyata keçirilən hücumların maliyyələşdirilməsində rol oynadığı da iddia olunur.
İsrailin müdafiə naziri açıqlamasında bildirib:
“İran rejimi dünyada terrorizmin ən böyük himayədarıdır və öz dövlət banklarından tam miqyaslı terror aləti kimi istifadə edir. Biz İranın və onun vasitəçilərinin saxta maliyyə mexanizmləri arxasında gizlənməsinə imkan verməyəcəyik. Terrorun maliyyələşdirilməsinin qarşısını almaq və İranın dünyaya terror yaymaq cəhdlərini əngəlləmək üçün hər yerdə və bütün vasitələrlə tədbir görəcəyik.”