Fransada güc strukturlarının ABŞ mərkəzli "X" şirkətinin Parisdəki ofislərində axtarış apardığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Paris Prokurorluğu "X" şirkətinin sahibi Elon Maskı ifadə verməyə çağırıb.
Paris Prokurorluğunun "X" şirkətinin sosial media platformasında etdiyi açıqlamaya görə, prokurorluğun əmri ilə jandarmanın kibercinayətlərlə mübarizə bölməsi Europol ilə birlikdə şirkətin Fransadakı ofislərində axtarış keçirib.
Bu axtarışın 2025-ci ilin yanvar ayında başlanmış bir araşdırma çərçivəsində edildiyi qeyd edilib.
Məlumata görə, axtarışlar "X" şirkətinin Parisdəki ofislərində həyata keçirilib.