Rusiya ordusunun Ukraynaya növbəti hava hücumu olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumun müxtəlif növ 71 raket və 450 pilotsuz uçuş aparatı (PUA) ilə törədildiyi bildirilib.
Rusiyanın Ukraynaya "Şahed", "Gerbera" və "İtalmas" tipli ümumilikdə 450 PUA göndərdiyi qeyd edilib. Açıqlamada hava müdafiə qüvvələrinin 38 raket və 412 PUA-nı zərərsizləşdirdiyi qeyd edilib.
Açıqlamada həmçinin Rusiya ordusunun, bu hücumda "İskender-M" və "S-300" tipli ballistik raketlər, "Kh-101", "Kh-22", "Kh-32" və "İskender-K" tipli kruiz raketlər, "Tsirkon" və "Oniks" tipli hipersonik raketlər daxil olmaqla, ümumilikdə, 71 raket istifadə etdiyi vurğulanıb.