"Dialoq axtarmalıyıq, amma təslim olmaq fikrimiz yoxdur" - Zelenski

19:51 - 03 Fevral 2026

\"Dialoq axtarmalıyıq, amma təslim olmaq fikrimiz yoxdur\" - Zelenski

Əbu-Dabidə Rusiyanın cavabları müzakirə olunacaq.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

    Zelenski əlavə edib ki, Ukrayna nümayəndə heyəti Rusiyanın hansı kompromislərə gedə biləcəyini nəzərdən keçirəcək.

    "Fikrimcə, bizim qrup da bunu bilir və mən də deyirəm ki, biz dialoq axtarmalıyıq, amma heç kim təslim olmaq fikrində deyil", – Zelenski bildirib.

    O, həmçinin Ukraynanın ABŞ tərəfindən təklif edilən deeskalasiya addımlarını dəstəkləyəcəyini qeyd edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az