Braziliyanın şimal-şərqindəki Alagoas əyalətində avtobus aşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 16 nəfər həyatını itirib, 44 nəfər isə yaralanıb.
Qəzada həyatını itirən 16 nəfərin 4-ü uşaq olub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb, qəzanın səbəblərini araşdırmaq üçün istintaq başladılıb.