Epşteynə 100-dən çox atalıq iddiası - Gizli oğlu ortaya çıxdı?

12:43 - 04 Fevral 2026

Epşteynə 100-dən çox atalıq iddiası - Gizli oğlu ortaya çıxdı?

Keçmiş York hersoginyası Sara Ferqyuson tərəfindən pedofil maliyyəçi Ceffri Epşteynə göndərilən təbrik mesajı Epşteynin gizli oğlu olduğu iddialarının ortaya çıxmasına səbəb olub.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, 100-dən çox insan Epşteynin onların atası olduğunu iddia edir. 

Pedofil maliyyəçisi Ceffri Epşteynlə bağlı dərc olunmuş son sənədlər dünyanı şoka salıb. Dünyaca məşhur siyasətçilərin, aktyorların və musiqiçilərin Epşteynin pedofil adasını ziyarət etdiyi artıq məlumdur. ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc olunmuş son sənədlər Epşteynin Mossadla əlaqələrindən tutmuş dəhşətli rituallara qədər olan pozğunluğunun əsl üzünü daha ətraflı şəkildə ortaya qoyur.

Yeni aşkarlanan elektron poçtlara görə, keçmiş York hersoginyası və titullarından məhrum edilmiş Şahzadə Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyuson Epşteyni oğlanlarının dünyaya gəlməsi münasibətilə təbrik edib. 

Əgər elektron poçt yazışmaları təsdiqlənərsə, Epşteynin 14 yaşlı gizli bir oğlu olduğu ortaya çıxacaq.

Son sənədlərə görə, Epşteynin qurbanlarından birinin pedofil atadan dümyaya gətirdi körpənin doğuşdan on dəqiqə sonra əlindən alındığı deyilir. Üç milyon sənəd arasında Epşteynin qurbanlarından birinin gündəliyindən bir qeyd də var ki, oradakı iddiaya görə, o, təxminən 2002-ci ildə, 16 və ya 17 yaşında ikən Epşteyndən qız uşağı dünyaya gətirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az