Keçən oktyabr ayında Luvr Muzeyindən oğurluq zamanı yerə düşərək yaddan çıxan 19-cu əsrə aid brilyantlı tac tapıldı.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, muzey tacın bərpa işlərinin mümkün olduğunu bildirərək fotosunu paylaşıb.
Muzey rəsmiləri oğruların tacı şüşə vitrinə açdıqları dar bir dəlikdən zorla çıxarmağa çalışdıqlarını və bu zaman tacın "ciddi şəkildə deformasiyaya uğradığını" qeyd etmişdilər. Aparılan araşdırmalar 1354 brilyantın demək olar ki, hamısının və 56 zümrüdün yerində olduğunu göstərib.