Bacısını və bacısı oğlunu bıçaqlayan dayı özünü binadan atdı 

12:51 - 09 Fevral 2026

Bacısını və bacısı oğlunu bıçaqlayan dayı özünü binadan atdı 

Türkiyənin Samsun şəhərində gecə saatlarında dayı və bacı oğlu arasında dava düşüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, dayı bacısı oğlunu döyərək burnundan xəsarət yetirib. Daha sonra bacısını bıçaqlayan hücumçu balkondan tullanıb.

Hadisə Atakum rayonunda Türkiyə vaxtı ilə saat 04:00 radələrində baş verib. Əldə edilən məlumata görə, 20 yaşlı İ.Ş səs-küylü telefon danışığının qonşuları narahat etməsi səbəbindən dayısı 24 yaşlı M.Ö.-ya telefon danışığını dayandırması üçün xəbərdarlıq edib. Bacı oğlu ilə dayı arasındakı mübahisə davaya çevrilib. Döyülən İ.Ş. burnundan xəsarət alıb.

Dava zamanı müdaxilə edən İ.Ş.-nin anası 38 yaşlı D.B. də qardaşı M.Ö. tərəfindən sol qolundan bıçaqlanıb. Bacısının çoxlu qan itirdiyini görən M.Ö. özünü ikinci mərtəbənin eyvanından yerə atıb.

Bıçaqlanan qadının oğlu və qadın müalicə üçün özəl xəstəxanaya aparılıb.

Polis hadisə yerində araşdırma aparıb və cinayət işi başladılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az