İsraildən ABŞ-yə İran XƏBƏRDALIĞI - "Vura bilərik!"

16:20 - 09 Fevral 2026

İsraildən ABŞ-yə İran XƏBƏRDALIĞI - \"Vura bilərik!\"

Tel-Əviv lazım gəldikdə ABŞ-nin iştirakı olmadan İranın üzərinə tək tərəfli hücum təşkil edə biləcəyini Vaşinqtona açıq şəkildə bildirdiyini iddia edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu iddia "The Yerusalem Post qəzet"ində öz əksini tapıb. ABŞ ilə İran arasında 6 fevralda Omanda başlayan yeni danışıqların fonunda İsrail mediasından diqqət çəkən bir məlumat yayımlanıb. "The Yerusalem Post" qəzeti İsrailli rəsmilərə istinadən verdiyi xəbərdə Tel-Əvivin ABŞ-yə lazım olduğu halda İran üzərinə təkbaşına hücum edə biləcəyini bildirdiyini yazıb. İsrailin hərbi və siyasi rəhbərliyindən bir mənbə “Amerikalılara dedik ki, əgər İran bizim müəyyən etdiyimiz balistik raket həddini aşarsa, təkbaşımıza hücum edəcəyik” - deyib. Mənbə hazırda təcili bir hücum üçün şəraitin qiymətləndirilmədiyini, amma vəziyyətin yaxından izlənildiyini vurğulayıb.

Qəzet İsrail Müdafiə Nazirliyinin nümayəndələrinin bu məlumatı keçən həftə ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə verdiyini qeyd edib. "The Yerusalem Post" qəzeti İsrail rəsmilərinin narahatlığının, ABŞ-nin İran üzərinə hücum etməyə qərar verməsi halında bunun məhdud bir əməliyyat olacağına dair olduğunu və bunun da hazırkı İsrail hökumətinin mövqeyi ilə ziddiyyət təşkil etdiyini qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az