Alimlər koronavirusun böyrəklərə ağır təsirini aşkarladı

08:55 - 30 Dekabr 2021

Alimlər koronavirusun böyrəklərə ağır təsirini aşkarladı

Almaniyanın Reyn-Vestfaliya Texniki Universitetinin və Niderlandın Radbud Universitetinin Tibb Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, koronavirus böyrəklərə daxil olaraq çapıqların yaranmasına səbəb olur.

Manset.az xəbər verir ki, bu barədə Cell Steam Cell” jurnalında dərc olunan elmi məqalədə bildirilir.

Alimlər kök hüceyrələrindən böyrək toxuması yetişdirərək onları SARS-CoV-2 ilə yoluxdurublar. Müəyyən edilib ki, virus bir dəfə süni böyrəyə daxil olduqda patogen çapıqlara səbəb olur.

Məqalədə qeyd edilir ki, araşdırma ABŞ-da koronavirus infeksiyasına yoluxan 90 000 insanda müşahidə olunan böyrək funksiyasının azalmasına işıq sala bilər.

Müəlliflərin sözlərinə görə, əldə edilən məlumatlar bütövlükdə koronavirusun insan orqanizminə zərərli təsiri ilə bağlı fərziyəni dəstəkləyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az