Avropa İttifaqı Rusiyadan tələblər siyahısı hazırladı

11:01 - 11 Fevral 2026

Avropa İttifaqı Rusiyadan tələblər siyahısı hazırladı

Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Avropanın Ukraynada əldə ediləcək sülhü qəbul etmək üçün şərtləri olduğunu və Rusiyadan tələb edəcəkləri güzəştləri ehtiva edən bir siyahı hazırladıqlarını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kallas Brüsseldə jurnalistlərə verdiyi bəyanatda Ukraynada sülhə nail olunması üçün razılaşmanın Avropalılar tərəfindən də dəstəklənməli olduğunu və bunun üçün Rusiyadan bəzi tələbləri olacağını bildirib. O, Rusiyanın sülh danışıqlarında ciddi olmadığını vurğulayaraq, "Ruslar danışıqlar zamanı bombardımanı gücləndirərək bunu göstərdilər" - deyə qeyd edib.

Avropa Birliyinin ABŞ-nin sülhə çatmaq üçün apardığı diplomatik səylərə görə minnətdar olduğunu bildirən Kallas "Lakin Ruslar və amerikalılar da daxil olmaqla, masada olan hər kəsin davamlı bir sülhə nail olunması üçün bunu Avropalıların da qəbul etməsi lazım olduğunu anlamalıdırlar" - deyə əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az