İstanbulun Bebek məhəlləsində bir qadın avtomobilini yolun ortasında saxlayaraq rəqs etməyə başlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 29 yaşlı Gizem K.-nın bu hərəkəti nəqliyyat axınına mane olub. Polis tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq, avtomobilini hərəkətə keçirməyən və maşından enməyən qadın rəqs etməyə başlayıb.
Nəticədə qadın polis tərəfindən həbs edilib və prokurorluğun qərarı ilə Ruh Sağlığı və Sinir Xəstəlikləri Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib.