Epşteyn sənədlərində gizlədilən 6 ad açıqlandı

17:44 - 11 Fevral 2026

Epşteyn sənədlərində gizlədilən 6 ad açıqlandı

ABŞ-də Nümayəndələr Palatasının üzvü Ro Khanna Jeffrey Epşteynin sənədlərinin senzurasız versiyalarını araşdırmasının ardından sənədlərdə adı keçən 6 nəfərin adlarını açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ro Khanna sənədləri araşdırmasının ardından Nümayəndələr Palatasının kürsüsündən etdiyi çıxışı ABŞ mərkəzli "X" şirkətinin sosial media platformasında yerləşdirib.


Khanna Ədliyyə Nazirliyi tərəfindən "hər hansı bir səbəb olmadan" gizlədildiyini vurğulayaraq bu şəxslərin Les Wexner, Sultan Ahmed bin Sulayem, Salvatore Nuara, Zurab Mikeladze, Leonic Leonov və Nicola Caputo olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az