17 yaşlı oğlan atasını güllələdi 

15:41 - 12 Fevral 2026

17 yaşlı oğlan atasını güllələdi 

Türkiyənin Çanaqqala şəhərində 17 yaşlı oğlan mübahisədən sonra ögey atasını ov tüfəngi ilə vuraraq öldürüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən gecə Biga rayonunun Kocagür kəndində baş verib. Kocagür kəndində fəhlə işləyən 37 yaşlı Emrullah Çiloğlu ilə həyat yoldaşı Xədicə Çiloğlu arasında mübahisə düşüb.

Mübahisə tez bir zamanda davaya çevrilib. Hatice Çioğlunun oğlu Y.S.A. da davaya qarışdı. Mübahisə zamanı Y.S.A. ov tüfəngindən atəş açaraq ögey atası Emrah Çioğlunu kürəyindən və başından yaralayıb.

İlkin tibbi müdaxiləyə baxmayaraq, Emrah Çioğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. 17 yaşlı oğlan isə jandarma tərəfindən nəzarətə alınıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az