2000-ci illərin əvvəlində "pop musiqisinin şahzadəsi" kimi tanınan 44 yaşlı müğənni Britney Spears bütün musiqi kataloqunu 200 milyon dollara musiqi nəşriyyatçısı Primary Wave-ə satıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünyada 150 milyondan çox albom satan Spearsın kataloqunda doqquz studiya albomu mövcuddur.
Uzun illər boyu atasına qarşı apardığı vərəsəlik mübarizəsini qazanmış Spears 2024-cü ilin yanvar ayında verdiyi bir müsahibədə musiqi sahəsinə "bir daha əsla qayıtmayacağını" - açıqlamasını vermişdi.