Ukrayna açıqlama verdi - "2 ayda 65 min rus əsgəri öldürmüşük"

16:56 - 12 Fevral 2026

Ukrayna açıqlama verdi - \"2 ayda 65 min rus əsgəri öldürmüşük\"

Ukraynanın yeni Müdafiə Naziri Mykhailo Fedorov Rusiyanın sahədə qələbə qazana bilməyəcəyini son iki ayda ümumilikdə 65 min rus əsgərini təsirsiz hala gətirdiklərini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 14 yanvarda vəzifəyə başlayan Fedorov ilk dəfə iştirak etdiyi NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində Ümumi Katib Mark Rutte ilə mətbuata açıqlama verib.

"Rusiyanın bizi sahədə məğlub edə bilməyəcəyini görürük", – deyə Fedorov qeyd edib və buna görə də mülki əhali ilə mülki və kritik infrastrukturun hədəf alındığını vurğulayıb.

Rusiyanın ən azı 24 ballistik raket atdığını bildirən Fedorov NATO müttəfiqlərinin verdiyi dəstəyin çox vacib olduğunu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az