ABŞ-nin “South Carolina State University” kampusunda silahlı insident baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Hadisə ötən gecə universitet ərazisində yerləşən “Hugine Suites” adlı tələbə yataqxana kompleksində qeydə alınıb.
Universitet rəhbərliyinin yaydığı məlumata görə, kompleksdəki mənzillərdən birində baş verən silahlı hücumdan sonra kampusa giriş-çıxış bir neçə saatlıq məhdudlaşdırılıb.
Həlak olanların şəxsiyyəti və yaralının sağlamlıq vəziyyəti ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb. Universitet rəhbərliyi bu gün üçün nəzərdə tutulan dərslərin ləğv edildiyini elan edib.