ABŞ və Ukrayna görüşəcək - Rusiya yeri və tarixi açıqladı 

22:33 - 13 Fevral 2026

ABŞ və Ukrayna görüşəcək - Rusiya yeri və tarixi açıqladı 

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya, ABŞ və Ukrayna arasında böhranın həllinə dair üçtərəfli danışıqların üçüncü mərhələsinin fevralın 17-18-də İsveçrənin Cenevrə şəhərində keçiriləcəyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə gündəmdə olan məsələlərlə bağlı bəyanat verib.

Rusiya, Ukrayna və ABŞ arasında böhranın aradan qaldırılması istiqamətində üçtərəfli danışıqların növbəti mərhələsinin gələn həftə baş tutacağını bildirən Peskov deyib: “Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi fevralın 17-18-də Cenevrədə yenə üçtərəfli formatda keçiriləcək”.

Peskov həmçinin qeyd edib ki, Rusiya nümayəndə heyətinə ölkə prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az