HƏMAS hərəkatının silahsızlaşdırılması prosesinin başlanğıcı mart ayına planlaşdırılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Sülh Şurasından iki rəsmi KAN televiziyasına məlumat verib.
Bildirilib ki, HƏMAS-ın silahsızlaşdırılması Qəzzada yeni texnokrat hökumət fəaliyyətə başladıqdan və hərəkatın malik olduğu səlahiyyətləri öz üzərinə götürdükdən sonra başlayacaq.
Demilitarizasiya ediləcək ilk ərazi isə Rəfah ərazisi olacaq.
Qeyd edək ki, Sülh Şurasına üzv ölkələrin liderinin ilk iclası fevralın 19-da ABŞ-da baş tutacaq.