Rusiya həmin gün Ukraynaya heç bir zərbə endirməyəcək 

12:55 - 15 Fevral 2026

Rusiya həmin gün Ukraynaya heç bir zərbə endirməyəcək 

Əgər rəsmi Kiyev seçkilərin keçirilməsi qərarına gələrsə, Rusiya potensial səsvermə günü Ukrayna ərazisinə heç bir zərbə endirilməyəcəyinə zəmanət verməyə hazırdır.


Manset.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a verdiyi müsahibəsində bildirib.

O, həmçinin qeyd edib ki, hazırda Ukraynada seçkilərin praktiki cəhətdən təşkili müzakirə mövzusu deyil.

Diplomat Rusiya prezidenti Vladimir Putinin bu mövzu ilə bağlı əvvəlki mövqeyinin qüvvədə qaldığını təsdiqləyib. Belə ki, Putin seçkilər keçiriləcəyi təqdirdə seçki günü Ukraynanın dərinliklərinə zərbələrin dayandırılmasını nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında yalnız iki aylıq atəşkəs əldə ediləcəyi halda ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az