Çində mağazada partlayış - 8 nəfər öldü

20:59 - 15 Fevral 2026

Çində mağazada partlayış - 8 nəfər öldü

Çinin şərqindəki Szyansu əyalətində pirotexniki vasitələrin satışı mağazasında baş verən partlayış nəticəsində azı səkkiz nəfər ölüb, daha iki nəfər isə yanıq xəsarəti alıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Lyanyunan şəhər dairəsinin Dunhay rayonunda baş verib. Yerli sakinlərdən biri pirotexniki vasitələrin satışı mağazasının yaxınlığında atəşfəşanlıq nümayiş etdirərək partlayışa və sonra yanğına səbəb olub. Yanğınsöndürənlər partlayışdan bir saat yarım sonra yanğını söndürüblər.

Polis hadisəyə görə məsuliyyət daşıyan şəxsi saxlayıb. Hadisənin səbəbi ilə bağlı əlavə araşdırmalar davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az