"ABŞ heç kəsi sülh müqaviləsinə razı olmağa məcbur etmir"

23:22 - 16 Fevral 2026

\"ABŞ heç kəsi sülh müqaviləsinə razı olmağa məcbur etmir\"

“ABŞ heç kəsi Ukraynadakı müharibənin sona çatması üçün sülh müqaviləsinə razı olmağa məcbur etmir”.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ Dövlət Katibi Marko Rubio mətbuat konfransında verib.

    Onun sözlərinə görə, Vaşinqton Rusiya-Ukrayna müharibəsinin sona çatmasında maraqlıdır və ABŞ buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır.

    Bundan başqa Rubio ABŞ-ın dünyada hər iki tərəfi danışıqlar masasına gətirə bilən yeganə ölkə olduğunu iddia edib.

    "Mən heç kimi incitmək istəmirəm. Amma Birləşmiş Millətlər Təşkilatı bunu edə bilməyib. Avropada heç bir ölkə bunu edə bilməyib", - Rubio deyib.

    Rubio əlavə edib ki, ABŞ bu müharibənin heç vaxt başlamamalı olduğuna və mümkün qədər tez bitməli olduğuna inanır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az