Suriyada partlayış - Çox sayda yaralı

23:03 - 16 Fevral 2026

Suriyada partlayış - Çox sayda yaralı

Suriyanın cənubunda yerləşən Suveyda vilayətində sursat daşıyan avtomobil partlayıb. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki,  hadisə nəticəsində ilkin məlumata əsasən çox sayda insan xəsarət alıb. Suveyda vilayətində silah və sursat yüklü avtomobildə güclü partlayış baş verib.

Hadisə Suveydanın Əl-Kureyya qəsəbəsində qeydə alınıb və ilkin məlumatlara görə çox sayda yaralı var.

Qeyd olunur ki, partlayış sursat yüklü avtomobil Sultan Paşa əl-Atraşın məqbərəsi yaxınlığında olarkən baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az