Rusiya Prezidenti Vladimir Putinin müşavirlərindən Nikolay Patruşev Rusiya gəmilərinin əl qoyulmasının qarşısını almaq məqsədilə donanmanın səfərbər olunacağı barədə xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, o bildirib ki, əgər buna sərt reaksiya verilməzsə, yaxın gələcəkdə ingilislər, fransızlar və hətta Baltikyanı ölkələr o qədər cəsarətli olacaqlar ki, Atlantik hövzəsində Rusiyanın dənizlərə çıxışını əngəlləməyə çalışacaqlar.
Rusiya ilə Avropa və Baltik ölkələri arasında dəniz daşımaları ilə bağlı gərginlik yaşanır. Qərb dövlətləri, Rusiya ilə əlaqəli neft tankerlerinin qarşısını almağa çalışarkən, ABŞ-ın Venezuela neft ixracını məhdudlaşdırmaq məqsədilə Rusiya bayraqlı neft tankerinə əl qoyması vəziyyəti daha da gərginləşdirib.
Bu addımlara cavab olaraq, Rusiya Batı güclərinin gəmilərinə əl qoymağa çalışmasına qarşı sərt xəbərdarlıq edib. Patruşevin sözlərinə görə, əgər Rusiya bu məsələdə adekvat tədbirlər görməsə, yaxın vaxtlarda daha ciddi tələblər və təzyiqlər ilə üzləşə bilər.