İngiltərə mərkəzli moda pərakəndə şirkəti ASOS-un qurucularından olan 58 yaşlı Quentin Griffiths binadan yıxılaraq ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, milyarder Taylandın Pattaya şəhərində yaşadığı çoxmərtəbəli binanın 17-ci mərtəbəsindən müəmmalı şəkildə yıxılaraq həyatını itirib.
Hadisə ilə bağlı araşdırmalar davam edir, ölümün dəqiq səbəbi isə ediləcək müayinə nəticəsində müəyyən ediləcək.
Araşdırmalar zamanı məlum olub ki, Griffiths həyatını itirdiyi dövrdə keçmiş həyat yoldaşı ilə davam edən hüquqi mübahisələr aparırmış. İddialara görə, keçmiş həyat yoldaşı, birlikdə idarə etdikləri bir şirkətdən 500 min funt-sterlinq alıb. Həmçinin keçən il keçmiş həyat yoldaşının Griffithsin xəbəri olmadan torpaq və şirkət səhmlərini satmaq məqsədilə saxta sənədlər hazırladığı iddiası ilə saxlanıldığı və ifadəsinin alındığı bildirilib.