Şimali Amerika Hava Müdafiə Komandanlığına (NORAD) bağlı ABŞ döyüş təyyarələrinin dünən Alaskanın sahillərində Rusiya döyüş təyyarələrini qarşısını almaq üçün havalandığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Amerika Hava Müdafiə Komandanlığının (NORAD) ABŞ mərkəzli X şirkətinin sosial media platformasında yayımlanan açıqlamaya görə, 19 fevralda Alaska Hava Müdafiə Tanımlama Bölgəsində (ADIZ) iki Tu-95, iki Su-35 və bir A-50 təyyarəsi aşkar edilib.
Açıqlamada, "NORAD təyyarələri Alaska ADIZ-dən ayrılana qədər bloklamaq, dəqiq müəyyənləşdirmək və müşayiət etmək üçün iki F-16, iki F-35, bir E-3 və dörd KC-135 təyyarəsini havalandırdı" - ifadəsi yer alıb.
Məlumata görə, Rusiya təyyarələri ABŞ və ya Kanada hava sahəsinə girməyib və Rusiyanın Alaska ADIZ-dəki fəaliyyəti, təhdid kimi qiymətləndirilməyən, müntəzəm bir hadisə kimi dəyərləndirilir.