Ana və körpəsi cadugərlik iddiası ilə öldürüldü - Hindistanda DƏHŞƏT

17:50 - 20 Fevral 2026

Ana və körpəsi cadugərlik iddiası ilə öldürüldü - Hindistanda DƏHŞƏT

Hindistanın şərqindəki Jharkhand əyalətində bir ana "cadugərlik etdiyi" iddiası ilə yandırılaraq öldürülüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı onun 10 aylıq körpəsi də həyatını itirib.

BBC-nin məlumatına görə, əyalətə bağlı Batı Singhbhum rayonunun Kudsai kəndində qadın bir şəxsin və bəzi heyvanların ölümünə görə məsul tutulub və buna görə hədəf alınıb.

Təxminən 12 nəfərdən ibarət bir qrup gecə saatlarında evə basqın edərək qadını və 10 aylıq körpəsini yandıraraq öldürüb.

Rəsmi mənbələrə görə, hücum zamanı qadının əri ağır yaralanaraq xəstəxanaya aparılıb.

Polis hadisə ilə əlaqədar 4 nəfərin saxlanıldığını və digər şübhəlilərin axtarıldığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az