Kremlin Mətbuat Katibi Dmitri Peskov Rusiya, ABŞ və Ukrayna arasında mövcud böhranla bağlı növbəti müzakirələrin tarixinin hələ müəyyənləşdirilmədiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Peskov Moskva şəhərində jurnalistlərə gündəmdəki məsələləri şərh edib.
Yaponiya yeni Baş naziri Takaiçi Sanaenin "Rusiya ilə torpaq mübahisəsini həll etmək və sülh müqaviləsi imzalamaq istədikləri" barədəki açıqlamasını şərh edən Peskov Yaponiya ilə münasibətlərin "pis" vəziyyətdə olduğunu vurğulayıb.
Peskov bildirib: "Dialoq yoxdur. Dialoq olmadan sülh müqaviləsi üzərində müzakirə aparmaq qeyri-mümkündür. Rusiya dialoqun kəsilməsinə qarşı idi. Bu dialoq Tokyonun tələbi ilə kəsildi. Tokyo ölkəmizə qarşı düşmən münasibətini davam etdirir. Beləliklə, bu şəraitdə münasibətlərimizi dəyişmədən heç bir razılaşmaya varmağımız mümkün deyil".