Trampın iqamətgahının ərazisinə girən silahlı şəxs zərərsizləşdirildi 

18:51 - 22 Fevral 2026

Trampın iqamətgahının ərazisinə girən silahlı şəxs zərərsizləşdirildi 

ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik xidməti prezidentin Floridadakı şəxsi mülkü olan Mar-a-Laqo iqamətgahına daxil olmağa çalışan silahlı şəxsi zərərsizləşdirib.


Manset.az xəbər verir ki, "Fox News" bu barədə ABŞ Məxfi Xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, 20 yaşlarında kişi mülkə "icazəsiz daxil olub". Əvvəlcə o, şimal darvazasının yaxınlığında görülüb.

Məlumata görə, şübhəli şəxsin üzərində ov tüfəngi və yanacaq dolu qab olub. Məxfi Xidmət əməkdaşları ona atəş açıblar, kişi yerindəcə ölüb.

Qeyd olunur ki, D.Tramp həmin vaxt iqamətgahda olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az