Almaniyada bir kişi həyat yoldaşını və uşaqlarını öldürdükdən sonra eyni silahla intihar edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bavariyanın Bamberq şəhərində yaşayan 52 yaşlı alman ata həyat yoldaşını və uşaqlarını öldürüb.
Hadisə Strullendorfdakı mənzilində kirayəçilərinə çata bilməyən və narahat olan ev sahibinin polisə müraciət etməsi ilə ortaya çıxıb. Mənzilə çatdıqdan sonra polis qapını sındıraraq dörd nəfərlik bir ailənin cəsədini tapıb. Bamberq Dövlət Prokurorluğu və polisin ilkin araşdırmalarına görə, 52 yaşlı alman ata əvvəlcə 49 yaşlı arvadını, daha sonra isə 14 və 6 yaşlı iki uşağını öldürərək sonda intihar edib.