İtkin düşən iş adamının meyidi tapıldı 

16:03 - 23 Fevral 2026

İtkin düşən iş adamının meyidi tapıldı 

İtkin düşməsi ilə bağlı müraciət edilən 38 yaşlı çinli iş adamı Yong Wangın cəsədi İstanbulda tapılıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, meyit Arnavutköydə əlləri və ayaqları bağlanmış şəkildə torpağa basdırılmış vəziyyətdə tapılıb. Wangı soymaq istəyən şəxslərin onu öldürdüyü müəyyən edilib. Məsələ ilə bağlı biri qadın olmaqla 10 nəfər Çində həbs edilib.


Əldə edilən məlumatlara görə, Çin vətəndaşı Yong Wangın vəkili tərəfindən 24 yanvar tarixində Bakırköy Rayon Polis İdarəsinə itkin müraciəti edilib. Aparılan araşdırmalar nəticəsində Çinli iş adamının istifadə etdiyi nəqliyyat vasitəsinin "GPRS" siqnalları izlənib. Nəqliyyat vasitəsinin son olaraq Arnavutköy Baklalı məhəlləsində bir tarlada göründüyü müəyyən edilib. Tarlada aparılan axtarışda qazma və kürəklər tapılıb. Ətraflı araşdırma nəticəsində isə Yong Wangın cəsədi tarlada basdırılmış halda aşkarlanıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az