Türkiyəli tanınmış aktrisa Pelin Karahan və həyat yoldaşı Bedri Güntay ayrılıq qərarı veriblər.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa Pelin Karahan 2014-cü ildə iş adamı Bedri Güntay ilə evlənib. Cütlüyün bu evlilikdən Ali Demir və Eyüp Can adlı iki övladı dünyaya gəlib.
İddialara görə, bir müddətdir birlikdə görünməyən cütlük 12 illik evliliklərini sona çatdırmağa qərar verib.
Evlərini ayıran Pelin Karahan ilə Bedri Güntay bu mövzu ilə bağlı açıqlama verməyiblər.