Türkiyənin Sakarya keçidində zəncirvari yol qəzası baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada 16 avtomobil bir-birinə çırpılıb. Hadisədə 4-ü ağır olmaqla, 13 nəfər yaralanıb.
Qəzanın yol kənarında yandırılmış şinlərdən çıxan qatı tüstü səbəbilə baş verdiyi iddia edilib.