Epşteyn qalmaqalında adı hallanan məşhur həkim istefa verdi

12:07 - 25 Fevral 2026

Epşteyn qalmaqalında adı hallanan məşhur həkim istefa verdi

Kanada əsilli amerikalı tanınmış həkim Peter Attia Ceffri Epşteyn sənədlərində yazışmalarının ortaya çıxmasının ardından "CBS News" kanalındakı şərhçilik vəzifəsindən istefa edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə məhkum edilmədən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn ilə bağlı aparılan araşdırmalar çərçivəsində ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan sənədlərin təsiri davam edir.

Sənədlərdə Attianın Epşteyn ilə bir neçə dəfə "əxlaqsız yazışmalar" apardığı məlum olub.

Həkimin sözçüsü etdiyi açıqlamada Attianın "CBS News" kanalındakı vəzifəsinin yeni olduğunu və "hələ anlamlı şəkildə başlamadığını" qeyd edərək, Attianın kanalda həyata keçirilən mühüm işlərdə "diqqət yayındırmamaq" məqsədilə geri çəkildiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az