Azərbaycanla Ukrayna arasında əməkdaşlıq müzakirə edildi

23:57 - 25 Fevral 2026

Azərbaycanla Ukrayna arasında əməkdaşlıq müzakirə edildi

Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

Səfir bildirib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ukraynalı həmkarı Denis Şmıqalla onlayn formatda görüşüb. Onun sözlərinə görə, görüşdə energetika sahəsində əməkdaşlıq məsələləri ilə yanaşı, Azərbaycanın Ukraynanın enerji dayanıqlılığına yardımı ilə bağlı da fikir mübadiləsi aparılıb.

S. Mərdəliyev nazirlərin görüşündən sonra D. Şmıqalla ikitərəfli enerji əməkdaşlığını daha da gücləndirmə istiqamətində müzakirə apardığını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az