Beyonce İngiltərəyə köçməkdən vaz keçdi - SƏBƏB

10:44 - 27 Fevral 2026

Beyonce İngiltərəyə köçməkdən vaz keçdi - SƏBƏB

Dünyaca məşhur musiqi ulduzları Beyoncé və Jay-Z İngiltərəyə köçmə planlarını təxirə salıblar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlük İngiltərənin prestijli kənd bölgələrindən olan Cotswoldsda aldığı 7,5 milyon funt sterlinq dəyərindəki torpaq üçün düşündükləri layihə, ortaya çıxan ciddi problemlər səbəbilə ləğv edilib.

Cütlük bölgədə lüks bir malikanə inşa etməyi planlaşdırırdı, amma torpaqla bağlı aparılan texniki araşdırmalarda sel riski olduğu və yerin uzunmüddətli tikinti üçün uyğun olmadığı müəyyən edilib. Torpaqda yeddi yataq otaqlı geniş bir ev tikmək üçün icazə alındığı qeyd edilsə də, ətraf mühit riskləri Beyoncé və Jay-Z-ni geri çəkilməyə məcbur edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az