Türkiyənin Mersin şəhərində 24 yaşlı oğlan qonşusunun sözünə inanaraq onlarla cinayətin qurbanına çevrilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, universitet tələbəsi Ömər Faruk Yiğit özünü hərbi şəxs kimi tanıdan qonşusunun tələbi ilə bəzi şəxsi məlumatlarını verdikdən sonra "dələduzluq" cinayəti ilə əlaqədar 45 fərqli istintaqa məruz qalıb.
Yiğit 6 iş üzrə 20 il həbs cəzasına məhkum edilib. Gəncin anası "Yoldaşım kədərdən leykemiya xəstəsi oldu. Həm yoldaşımı, həm də oğlumu itirdim" - deyib.
Bir müddət sonra Yiğit haqqında "İnformasiya sistemləri, bankalar və ya kredit müəssisələrinin vasitə olaraq istifadə edilməsi ilə dələduzluq" cinayəti üzrə 45 ayrı istintaq başlanılıb. Qərara alınan 6 işdə ümumilikdə 20 il həbs və 130 min TL məhkəmə cəriməsi alan Yiğit 1 ildir ki, həbsxanadadır və 4 işi apellyasiya məhkəməsinə daşıyıb.