Almaniyada işsiz sayı 3 milyonu keçdi

17:28 - 27 Fevral 2026

Almaniyada işsiz sayı 3 milyonu keçdi

Almaniya Federal İş Agentliyi (BA) fevral ayına aid işsizlik məlumatlarını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyada işsizlərin sayı fevral ayında 15 min nəfər azalsa da, hələ də 3 milyonun üzərində qalıb.

Buna görə, ölkədə mövsümi təsirlərdən təmizlənmiş işsiz sayı fevral ayında yanvar ayına nisbətən 14 min 670 nəfər azalaraq 3,07 milyon nəfər olub.

Fevral 2025-ci ilə müqayisədə isə işsiz sayı 80 min 20 nəfər artıb.

Mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti isə fevralda 0,1 faiz bəndi artaraq 6,3 faiz olub.

Açıqlamada fikirlərinə yer verilən Federal İş Agentliyinin rəhbəri Andrea Nahles, "Qış tətilinin sonuna gəlməyimizə baxmayaraq, əmək bazarı hələ də canlanmaqda çətinlik çəkir. İşsizlik rəqəmləri demək olar ki, dəyişməyib və 3 milyon sərhədinin üzərində qalmağa davam edir" - qiymətləndirməsini verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az