“Taliban” qadınlarla bağlı yeni qadağalar Qoydu

13:58 - 02 Yanvar 2022

“Taliban” qadınlarla bağlı yeni qadağalar Qoydu

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı avtobus sürücülərinə namaz vaxtı işlərini dayandırmağı, qadınlara hicabsız səyahət etməməyi tövsiyə edib.

Bu barədə Manşet.az RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, qadınlar ictimai nəqliyyatda hicabsız səyahət edə bilməzlər və qohumlarının müşayiəti olmadan 78 kilometrdən çox məsafə qət edə bilməzlər.

Bundan əvvəl “Kabul News” telekanalı məlumat vermişdi ki, “Taliban” hərəkatı avtomobillərdə musiqiyə qulaq asmağı və qadınların nəqliyyat vasitələrində hicabsız getməyi qadağan edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az