İranda müvəqqəti Liderlik Şurası yeni lider seçimi ilə bağlı proqramı hazırlamaq üçün dördüncü dəfə bir araya gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, toplantıya son inkişaflar barədə məlumat vermək üçün Milli Təhlükəsizlik Ali Şurasının Baş katibi Əli Laricani də qatılıb.
Dördüncü dəfə təşkil olunan müvəqqəti Liderlik Şurası toplantısında lider seçimi üçün Mütəxəssislər Məclisinin toplanması və gələcək liderin təqdimatı ilə bağlı planlama aparılıb.