Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya Baş naziri Corciya Meloni ilə telefonla danışıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkə arasındakı əlaqələri, regiondakı münaqişəli prosesin gedişatını və regional və qlobal mövzuları müzakirə edib.
Açıqlamaya görə, Prezident Ərdoğan Türkiyənin İrandakı hadisələri və regiona olan təsirlərini yaxından izlədiyini, instabilizasiya yaradan addımlardan çəkinilməsi üçün müvafiq tərəflərə lazımi tövsiyələrin verildiyini qeyd edib.