OPEK-in yeni baş katibi məlum OLDU

18:52 - 03 Yanvar 2022

OPEK-in yeni baş katibi məlum OLDU

OPEK ölkələri nazirləri Küveytdən olan Haysam əl-Qaysi təşkilatın baş katibi vəzifəsinə təyin ediblər.

Manşet.az xəbər verir ki, bu barədə OPEK-in press-relizində deyilir.

Əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan nigeriyalı Məhəmməd Barkindonu əvəz edəcək. Məhəmməd Barkindonun səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır.

Qeyd edək ki, əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEK-dəki nümayəndə heyətinə rəhbərlik edib. Onun namizədliyi siyahıda yeganə olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az