İranın Təbriz şəhərində yük maşınlarının sərgi salonunda maye qaz balonu partlayıb.
Manşet.az xəbər verir ki, bu barədə ölkənin “Tasnim” informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində bir qadın və iki uşaq ölüb, daha yeddi nəfər xəsarət alıb.
İnsidentə balondan qaz sızması səbəb olub.