Hindistanın paytaxtında yeni qadağalar

19:08 - 04 Yanvar 2022

Hindistanın paytaxtında yeni qadağalar

Hindistanın paytaxtı Yeni Dehlidə koronavirus pandemiyasının daha çox yayılması səbəbi ilə yeni qadağalar tətbiq edilməyə başlanılıb.

Manşet.az xəbər verir ki, paytaxt sakinlərinə həftəsonları küçəyə çıxmaq qadağası tətbiq ediləcək. Bundan əlavə, xidmət sektorunu çıxmaqla, dövlət işində çalışanlar evdən işləməli olacaq. Özəl sektorda çalışanların 50 faizi isə ofisdən işlərinə davam edə biləcək.

Qeyd edək ki, ötən ilin dekabrın 29-dan etibarən paytaxt Yeni Dehlidə pandemiyanın artması səbəbindən bir sıra qadağalar yenidən qüvvəyə minib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az