Ermənistan Zəngəzurun mərkəzini Dəyişir

19:55 - 04 Yanvar 2022

Ermənistan Zəngəzurun mərkəzini Dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir.

Manşet.az publika.az-a istinadla xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır.
Buna səbəb müharibədən sonra Azərbayanın dövlət sərhədini bərpa etmək istiqamətində addımları, Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən 21 kilometr hissəsndə gömrük postunun qurulması və Qafan rayonuna gediş-gəlişin çətinləşməsidir.

“Qafan rayonun mərkəzinə çatmaq müharibədən əvvəl də çətin idi, indi çətinliklər 4 dəfə artıb, alternativ yollar da əlverişli deyil, - erməni mediası yazır.

Sünikin qubernatoru Melikset Poqosyan isə bu məlumatı təkzib edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az